Düşmənin itkiləri bilindi: 7 ölü, 12 yaralı

Düşmənin itkiləri bilindi: 7 ölü, 12 yaralı

Dünən Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Ordumuzun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Milli.Az bildirir ki, ordumuz cavab tədbirləri ilə düşmənin iki postunu darmadağın edib, oradakı silah-sursatları, bir neçə hərbi texnika və hərbi avtomobil məhv edilib. İlkin məlumatlara görə, 7 erməni hərbçi məhv edilib, 12 erməni hərbçi isə yaralanıb.

Artıq Ermənistan Müdafiə Nazirliyi də dünən törətdikləri təxribat nəticəsində ölən hərbçilərinin sayını qismən açıqlayıb.

Sözügedən qurumune bəyanatına görə, dünən 19 yaşlı sıravi Artur Mxitaryan, 20 yaşlı kiçik çavuş Rudik Qaribyan və 19 yaşlı Vahan Babayan həlak olublar. Nazirlik "cəmi 2 yaralı"nın olduğunu vurğulayır.

Ermənistan mediası isə yaralıların sayının 5 nəfər olduğunu yazır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az