Efirə çıxmasına qadağa qoyulmuş Rüfət “Xəzər” TV-də göründü — MTRŞ rəhbərinə təşəkkür etdi (VİDEO)

 Efirə çıxmasına qadağa qoyulmuş Rüfət “Xəzər” TV-də göründü — MTRŞ rəhbərinə təşəkkür etdi (VİDEO)

Bir müddət əvvəl canlı efirdə qeyri-etik ifadələr işlətdiyinə görə efirə çıxmasına qadağa qoyulan müğənni Rüfət Axundov bu gün efirdə görünüb.

Miq.Az-ın xəbərinə görə, o, "Xəzər” TV-də yayımlanan "Hər şey daxil” proqramına qatılıb. 

Müğənni sözügedən hadisə ilə bağlı açıqlama verib və üzr istəyib.

"Xalqımıza görə bu yerə gəlib çıxmışıq. Xalqın gözü tərəzidir. Mənim mahnım səslənən zaman hadisə baş verib. Fonoqramın üstündə söz istifadə olunursa, burada mənim nə günahım? 

İndiyədək adım qalmaqallarda hallanmayıb. Səsimin üstünə səs gedirsə, bu, birbaşa montaj sayılır. MTRŞ-nin ədalətli qərarına görə təşəkkür edirəm. Əgər təqsirim varsa, hər kəsdən üzr istəyirəm”.

Qeyd edək ki, "Space” TV-də yayımlanan "Hər səhər” verilişinin efiri zamanı R.Axundov qeyri-etik ifadələrdən istifadə edib. Bundan sonra Milli Televiziya və Radio Şurası TV-lərə şifahi xəbərdarlıq göndərib. Xəbərdarlıqda Rüfət Axundova efir qadağasının qoyulması tövsiyə edilib.

Qurumdan o da bildirilib ki, xəbərdarlığa əməl edilib-edilməməsi artıq yayımçıların öz məsuliyyətindən asılıdır.(oxu.az)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az