Əhmədzadənin oğlu Çexiyada daha bir şirkət açdı

Əhmədzadənin oğlu Çexiyada daha bir şirkət açdı

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadə Çexiyada üçüncü şirkətini qeydiyyatdan keçirib.

Bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Cümə Əhmədzadə bir neçə gün əvvəl Çexiyanın Budyonovsk Regional Məhkəməsində "Resort Hurka s.r.o." şirkətini qeydiyyatdan keçirib. Şirkətin sənədlərində qeyd olunur ki, ALPS S.R.O. şirkətinin aktivlərinin bir qismi də "Resort Hurka s.r.o."ya yönəldilir. Bura Cümə Əhmədzadənin Lipno gölü sahilində aldığı 1 hektara yaxin ərazi də daxildir.

Əhmədzadənin Azərbaycanda, Türkiyədə və İngiltərədə bahalı mülkləri, otelləri, Londonda aktivləri 6 milyon funt-sterlinqi, Çexiyada 5 milyon dolları aşan şirkətləri var.














İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az