Ehtiyatda olan zabit dövlət rəsmilərinə SƏSLƏNDİ: "Müraciətimə kağız üzərində baxılır"

Ehtiyatda olan zabit dövlət rəsmilərinə SƏSLƏNDİ:

Mən Quliyev Mūşfiq Eyvaz oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrində 23 il  qüsursuz xidmət etmişəm. Hərbi xidmət keçmə haqqında əsasnamənin 156-cı maddəsinin "V" bəndinə əsasən  ordu sıralarından təxris olub, Bakı şəhər Qaradağ rayon, Lökbatan qəsəbəsi, Mədən küşəsi 1-də 08.11.2018-ci il  tarixdə qeydiyyata düşmüşəm. 

Azərbaycan Respublikası, Nazirlər Kabinetinin Bakı şəhəri, 6 avqust tarixli 174 nömrəli qərarına uygun olaraq, müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi  ilə təmin olundum.

Lakin, mənzil kirayəsi  xərclərinin verilməsi  Qaradağ rayon İcra hakimiyyətinin  maaliyyə xidməti tərəfindən  süründürməçiliyə salınmaqla  ödənilir. Maaliyyə xidmətinə cavabdeh şəxs Çərkəz müəllimdən mən bunun səbəbini soruşduqda, bildirir  ki, tam  ödənilməməsinin  səbəbi  dövlətin  bu sahəyə  cavabdeh   strukturları  tərəfindən  tam həcmdə  maliyyənin lazımi  həcmdə  Qaradağ rayonuna ayrılmamasıdır. Mən hal-hazırda  anlaya bilmirəm ki, mənzil kirayəsi xərcləri aylıq ödənlir, rüblük  ödənilir, yoxsa, əmi-dayı vasitəsilə ödənilir?! Beşinci ayın mənzil kirayə xərclərini almaq  əvəzinə, hal-hazırda birinci, ikinci ayın mənzil kirayəsinin  məvacibini  alıram.  

Bu  kirayənin pulunu almamaq,  Qaradağ  rayonunun İcra hakimiyyətinin dövlət büdcəsindən  ayrılmış  vəsaitin iştahla yeyilməsinə göz yumaraq, Qaradağ  rayonunda ev  növbəsi  və  torpaq  növbəsində   olmağıma baxmayaraq, nə  mənzillə, nə də  torpaqla  təmin olunmadığımı görüb, AR-nın  Konstitusiyasının 12.1, 13,15,29.1, 43.2  maddələri  və AR  hərbi  qulluqçuların  xidmət  etmə  haqqında  əsasnamənin  120-ci maddəsini  Azərbaycan Respublikasının prezidentinin  28 dekabr 2011ci  il tarixli  569 nömrəli  fərmanını  rəhbər tutaraq, bütün güc strukturlarına evlə təmin olunmam üçün müraciət etmişəm. Lakin bu günə qədər  müraciətimə  kağız  üzərində  baxılmışdır.

Çərkəz  müəllim haqlı olaraq bildirir  ki, kimə  istəsəniz, müraciət edə bilərsiniz.

Hörmətli Miq.Az rəhbərliyi və kollektivi! Sizlərdən  xahiş  edirəm ki, bu ölkədə mənim müraciət edə biləcəyim şəxsin tapılmasında mənə yardımçı olasınız.

Hörmətlə: Dövlətimizin  və  dövlətçiliyimizin, müstəqilliyimizin uğrunda səhhəttini və sağlamlığını fəda etmiş, ehtiyatda olan mayor  Müşfiq Quliyev.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az