Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxır?-Çaylarda çınqıl biznesi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxır?-Çaylarda çınqıl biznesi

Ağsuda çay iki işə yarayır - çınqıl çıxarmağa və zibil tökməyə

«Başçı dedi, məhəllədəki vəziyyət iki günə düzələcək. İki ay tamam olur, bir adam da gəlib maraqlanmadı».

 Zir-zibil çaya, ya da çayın kənarına boşaldılır.

«ÇAYIN DİBİNİ QAZMAQ QADAĞANDIR»

Ağsu rayonunun Natəvan küçəsinin sakinləri AzadlıqRadiosuna yaşadıqları ərazinin vəziyyətini göstərən fotolar və videolar göndəriblər. Çəkilişlərdən də görünür ki, ərazidəki durum olduqca acınacaqlıdır. Palçığı, az qala, dizdən yuxarı qalxan bu yollarla insanların yeriməsini heç cür təsəvvür etmək olmur.

Natəvan küçəsi çaykənarı məhəllə hesab olunur. Ağır texnikalar hər gün bu məhəllədən keçib yaxınlıqdakı çayın dibini qazır, toplanan daş-çınqılla yüklənən yük maşınları eyni yolla geri qayıdırlar. Sakinlərəsə yalnız gileylənmək düşür.

Sakin Səbuhi Aslanov danışır: «Başçıya deyəndə ki, çayın dibini qazırlar, yük maşınlarıyla daşıyıb aparırlar, deyir, «ola bilməz, mümkün olan şey deyil, ora yaşayış ərazisidir, çayın dibini qazmaq qadağandır». Biz də təklif elədik ki, gəlib özü şahidi olsun. Nə özü, nə də bir nümayəndəsi hələ də əraziyə gəlməyib».

ZİBİLİ DƏ ÇAYA BOŞALDIRLAR

Sakinlərin daha çox qorxduqları odur ki, çayın dibinin qazılması ərazidə sürüşməyə, çay daşqınına səbəb ola bilər.

Ancaq məsələ təkcə çayın dibinin qazılması və ağır tonnajlı maşınların məhəllənin yollarını bərbad günə qoyulmasıyla bitmir. Şəhərdəki zibil maşınları yığdıqları zir-zibili gətirib çaya, ya da çayın kənarına boşaldırlar. Yay-qış bunun əzabını çəkənlərsə yaxınlıqda yaşayanlardır.

Ağsu rayon İcra Hakimiyyətindən redaksiyaya bildirilib ki, Natəvan küçəsinin sakinlərindən daxil olan şikayət araşdırılacaq: «Ola bilməz, o çayın dibini qazmaq qadağandır. Araşdırıb tezliklə tədbir görüləcək. Yollara gəlincə, həmin məhəllədə yollar həqiqətən bərbad gündədir, vəziyyət diqqətdədir, tədbir görüləcək».
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxır?

Miq.Az olaraq xatırladırıq ki, gördüyünüz bu şəkillərə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də məsul əməkdaşları baxacaq. Fikrimizcə, birinci həyəcan təbilini də məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları çalmalıdır. Amma nədənsə adıçəkilən nazirliyin susqunluğu heç də başadüşülən deyil. 

 Təbiətin xalqımıza bəxş etdiyi bu sərvəti talamağa, çirkləndirməyə və buna müəyyən maraqlarınız çərçivəsində şərait yaratmağa sizlərə kim ixtiyar verib axi?! Ölkəmizin əksər əraziləri bu gündədir. Xahiş edirik isti kreslolardan ayrılın, rəhbərlik etdiyiniz, inkişaf etdirməli olduğunuz çaylara, dənizlərə, meşələrə bir baş çəkin. İstirahət üçün demirik...Onsuz da istirahətlərinizi xarici ölkələrdə dövlətdən oğurladığınız milyonlar hesabına həyata keçirirsiniz. 

 Söhbət Azərbaycanın qorunulası vacib olan sərvətlərinin qorunmasından və zibillənməməsindən gedir.

Soyuq sizi aparmaz. Amma bu çayları, dağları, meşələri görəndə hansı hisslər keçirəcəyinizi görmək çox maraqlı olardı.

Miq.az

loading...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az