Elektrik enerjisinin təchizatında 27 faiz məhdudiyyət tətbiq olunub - RƏSMİ MƏLUMAT

Elektrik enerjisinin təchizatında 27 faiz məhdudiyyət tətbiq olunub - RƏSMİ MƏLUMAT
"Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.

Miq.az  xəbər verir ki bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, "Azərişiq” öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin – Bakı metrosu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunur.
Yaranmış narahatlığa görə ”Azərişiq” ASC istehlakçılarından üzr istəyir.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az