Əli Mirəliyev: "Bayaq həyat yoldaşım zəng vurub məni söyürdü"

Əli Mirəliyev:

Tanınmış müğənni Əli Mirəliyev ötən gün mətbuata verdiyi açıqlamaya aydınlıq gətirib.

Miq.Az-ın məlumatına görə, ölkə.az-ın əməkdaşıyla söhbətində müğənni bildirib ki, həyat yoldaşıyla münasibəti sənətdən uzaqlaşdığı on il ərzində soyuqlaşıb:

"Mən həyat yoldaşımla sevib evlənmişəm. Aramızdakı soyuqluğun səbəbi onun yaşa dolması deyil. Vaxtında toylara gedəndə mənə qulluq edirdi. Toyda heç nə yemirdim. Gecə evə gələndə durub mənə yemək verirdi, qulluğumda dururdu. Sonra mən on il oxumadım. Həmin müddətdə hardansa gələndə çay istəyirdim, deyirdi ki, çay ordadır, get, süz, iç. Bu bir neçə dəfə təkrarlandı və mənim ürəyim sındı. Deməli, bağda ərik var idi, salam əleyk var idi məsələsi oldu. Ürəyimin sındığını özünə deməsəm də, incidim. Bayaq da zəng vurub məni söyürdü. Dedim ki, xanım, sən ölmüş olsan da, ikinci dəfə evlənmərəm. Kişinin bir arvadı olar. Həyatı belə yaşayıram. O təqsiri özündə görməlidir. Mən nə var onu deyirəm, yalan danışmağı bacarmıram".

Qeyd edək ki, Əli Mirəliyev yenicag.az-a açıqlamasında bildirmişdi ki, həyat yoldaşıyla iyirmi ildir bacı-qardaş kimi yaşayırlar.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az