Əlillik dərəcəsinin müəyyənləşdirilməsi məsələsi ASAN Xidmətə verilə bilər

Əlillik dərəcəsinin müəyyənləşdirilməsi məsələsi ASAN Xidmətə verilə bilər
Azərbaycanda əlillik statusunun müəyyən edilməsinin "ASAN xidmət"ə verilməsi təklif olunur.

Miq.az Trend-ə istinadən bildirir ki, bu təkliflə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlementin bu gün keçirilən iclasında çıxış edib.
Onun sözlərinə görə, uzun illərdir ki, əlilliyin verilməsi ilə bağlı mübahisələr davam edir:

"Əgər "ASAN xidmət"in texniki imkanları çatırsa, qoy bu məsələni öz üzərinə götürsün və müvafiq problemlər də həllini tapsın. Hesab edirəm ki, bu, həm dövlətimiz, həm də vətəndaşlarımız üçün faydalı olar. Bu bir təklifdir, bunun üzərində düşünmək lazımdır".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az