Elman Rüstəmov 4 milyard manatı bunkerdə saxlayır

Elman Rüstəmov 4 milyard manatı bunkerdə saxlayır
Statistik məlumatlar göstərir ki, 2014-cü ildə ölkədə pul bazasının həcmi 12 milyard təşkil edirdi 

Miq.az  fins.az-a istinadən xəbər verir ki, yəni, hazırda dövriyyədə 8 milyard vəsait varsa, demək qalan 4 milyard manata yaxın pul kütləsi passiv halda bunkerlərdə saxlanılır və Mərkəzi Bank müxtəlif sterilizasiya tədbirləri əsasında həmin vəsaitin passiv şəkildə saxlanılmasına çalışır.

Əgər həmin vaxta olan AZNUSD məzənnəsi üzrə hesablama aparsaq, belə çıxır ki, (1 dollar =0,78 qəpik) dollarla 15 milyard 380 milyon dollar demək idi. Hazırda dövriyyədə olan pul bazasının, yəni 8 milyard manatın dollarla ifadəsi isə (1 dollar=1,75 manat) 4,5 milyard təşkil edir. Beləliklə, ötən 2 ildə dövriyyədə olan pul bazası dollarla ifadədə təxminən 10-11 milyard azalıb. Bu isə ümumilikdə iqtisadi fəallığın nə qədər azaldığını göstərir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az