Elmar Vəliyevi əvəz edən icra başçısı: "Gəncədə mitinq üçün icra hakimiyyətinə müraciət edən olmayıb"

Elmar Vəliyevi əvəz edən icra başçısı:

"Gəncədə hansısa bir aksiyanın keçirilməsi ilə bağlı icra hakimiyyətinə hər hansı bir qurum tərəfindən müraciət edilməyib”. 

Miq.Az xəbər verir ki, bunu gununsesi.info-ya açıqlamasında sosial şəbəkələrdə Gəncədə iyulun 10-da aksiya olacağına dair çağırışlara münasibətində Gəncə şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Elnur Rzayev söyləyib.

Onun sözlərinə görə, kimlərsə bu cür təxribat xarakterli çağırışlar etməklə şəhərdəki sabitliyə kölgə salmaq istəyir: 

"Şəhərdə hər şey qaydasındadır, normal həyat davam edir. Hər hansı mitinq söhbəti də yoxdur”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az