Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi

Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi
Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevinoğlu Elmir Vəliyev daha bir vəzifəsindən istefa verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Elmir Vəliyev hazırda  "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri vəzifəsini icra etmir. O, öz istəyi ilə ictimai birlikdə olan fəaliyyətini dayandırıb.

Məsələ ilə bağlı sayt Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərovla əlaqə saxlayıb. İdarə sədri bildirib ki, Elmir Vəliyev "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyində sədr vəzifəsini icra etmir. O, fəaliyyətini sonlandırdığı üçün onun işini könüllülər həyata keçirir.

Qeyd edək ki, Elmir Vəliyev 2014-cü ildə "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri seçilmişdi.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az