Elza yenə şeiri ilə aləmi qatdı bir birinə – “Qadın bir şey istəyir, kişinin beli bükülür“

Elza yenə şeiri ilə aləmi qatdı bir birinə – “Qadın bir şey istəyir, kişinin beli bükülür“

Elzadan yeni şeir: Qadın bir şey istəyir…
"Kişinin işi qadına düşür”.

Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.

Miq.Az Elza Seyidcahanın "Qadın bir şey istəyir” adlı şeirini təqdim edir:

Qadın bir şey istəyir
Bir şey
Deyim nə istəyir?
Bir şey istəyir.
Bir.
Pul istəmir
Mal istəmir.
İki şey istəmir
Bir şey istəyir o,
Bir şey.
Qabırğadır, qabırğa
O istəyir.
İstəyir o
Bir şey olsun.
Qabırğa olsun, qabırğa
Çox şey istəmir ki?
Qadın qadını başa düşür,
Kişi kişini başa düşür,
Kişi qadını başa düşmür?
Kişinin işi qadına düşür,
Qadının kişiyə işi düşmür?
Kişinin beli bükülür,
Qadının abırı tökülür
Abırdan betər sökülür
Onun istəyi bir şeydir
Bir şey!
Rəhm istəyir,
Fəhm istəyir,
Səhm istəmir,
Baş tükündən yaratmadı
Başlara çıxsın.
Dırnaqlardan yaratmadı
Yerə atılsın.
Qabırğadan yaratdı ki,
Ağuşa batsın,
Tumara çatsın,
Sığalda yatsın, yatsın,
Batsın.
Arzuya çatsın, çatın
Yatsın.
Tumar, tumar
Sığal, sığal,
Qabırğa
Qabırğadır, qabırğa.
Qadın bir şey istəyir,
Bir şey.
Qabırğa olmaq istəyir
Qabırğa.
İstəyir o bir şey.

Miq.Az

loading...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az