Emil Rasimoğlu Xalq artistini tənqid etdi: "Sənətə hörmət etməzlərmi?"

Emil Rasimoğlu Xalq artistini tənqid etdi:
AYB-nin üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu Xalq artisti Rafael Dadaşovu tənqid edib.
 
Miq.az Manevr.az-a istinadən xəbər verir ki, AYB üzvü Xalq artistini yazdığı, efirdən səsləndirdiyi şeirlərə görə qınayıb, bayağılıqda suçlayıb. Emil Rasimoğlunun fikirlərini olduğu kimi təqdim edirik: "Telekanalların birində Xalq artisti Rafael Dadaşov (bununla neçənci dəfədir ki) öz yazdığı şeiri səsləndirir. Axı, Azərbaycan mədəniyyətində öz sahəsi üzrə kifayət qədər xidməti olmuş bir insanı görəsən, nə vadar edir ki, içində sənətdən əsər-əlamət belə olmayan həmin o bərbad vəziyyətdəki şeirləri yazmağa, efirdən səsləndirməyə? Heç olmasa bir sənətkar olaraq o məqamda bayağılığın fərqinə vara bilmirmi? O ki sənətə bələd olan adamdı. Sənətə hörmət etməzlərmi?"






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az