Ər 29 yaşlı arvadından işdən çıxmasını tələb etdi və... - Azərbaycanda DƏHŞƏTLİ OLAY

Ər 29 yaşlı arvadından işdən çıxmasını tələb etdi və... - Azərbaycanda DƏHŞƏTLİ OLAY
Kürdəmirdə kişinin 29 yaşlı həyat yoldaşını bıçaqlamasının səbəbi məlum olub.

Miq.az-ın publika.az-a istinadən məlumatına görə, Kürdəmir şəhəri rayonun İsmət Qayıbov küçəsində yerləşən mənzildə kirayə yaşayan 1986-cı il təvəllüdlü Babayev Anar Qəhrəman oğlu həyat yoldaşı, 1989-cu il təvəllüdlü Babayeva Dursədəf Əmirşah qızını mübahisə zəminində bıçaqlayıb. Belə ki, Anar Babayev həyat yoldaşının ofisiant işlədiyi kafedən işdən çıxmasını tələb edib. Gənc qadın isə ərinin işləmədiyini deyib və uşaqlarının dolanışığı üçün işləməyə məcbur olduğunu, ona görə də işdən çıxmayacağını deyib. Qadının reaksiyasından əsəbiləşən 32 yaşlı Anar Babayev bıçaqla ona hücum edərək bel, qarın boşluğu və bədənin digər nahiyələrinə zərbələr endirib.

Dursədəf Babayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və əməliyyat edilib.
Bildirilir ki, hadisəni törədən A.Babayev tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az