"Ərdoğan Çavuşoğluna, Akara və KÜRƏKƏNİNƏ İNANIR"-Politoloq


"Rəcəb Təyyub Ərdoğan Mövlüd Çavuşoğlunu dəyişmədi, çox naziri dəyişdi, yenilərini gətirdi, ancaq xarici işlər nazirini yerində saxladı. Demək, Ərdoğan Çavuşoğlunun işindən razıdır və xarici siyasəti dayandığı yerdən davam etdirmək istəyir. Doğrusuna baxsaq, Çavuşoğlu pofessor Əhməd Davudoğludan daha faydalı nazir oldu Ərdoğan üçün! Çavuşoğlu Ərdoğanın xasiyyətinə bələddir və prezidentin istəyindən kənar addım atmır."

Miq.Az xəbər verir ki, bu sözləri Elxan Şahinoğlu açıqlamasında bildirib. Bu gün R.T. Ərdoğan hökumət kabinetində yer alan yeni nazirlərin adını ictimaiyyətə açıqlayandan sonra politoloq Elxan Şahinoğlu qeyd edib ki, Ərdoğan baş qərargah rəisi Hulusi Akarı müdafiə naziri təyin etdi. Demək, Ərdoğan 2016-ci ildəki çevriliş cəhdinə baxmayaraq Akara inanır və onu yanında tutmaq istəyir. Halbuki, ordu içərisindəki çevriliş hazırlıqlarından Akar məlumatlı olmalı idi. Olmadı və 15 iyul baş verdi. Ən maraqlısı Akarın yerdəyişməsindən sonra Türkiyənin baş qərargah rəisinin kimin – hansı generalın olacağıdır. Bu görəv Türkiyə kimi dövlət üçün çox böyük əhəmiyyət daşıyır:

"Ərdoğan daha bir yerdəyişmə etdi, kürəkəni Albayrağı enerji naziri vəzifəsindən maliyyə naziri vəzifəsinə transfer etdi. Bu da Türkiyə üçün önəmli vəzifədir! Albayrak Ərdoğanın birbaşa dəstəyi ilə addım-addım irəliləyir.

Ərdoğan yeni Konstitusiyanın ona verdiyi hüquqdan istifadə edərək bəzi nazirləri kənardan təyin etdi, yəni əvvəlki kimi vacib deyil ki, nazirlər millət vəkilləri olsun. Beləliklə, qardaş ölkəyə xeyirli-uğurlu olsun!"

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az