Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video

Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Çanaqqala Dəniz Zəfərinin 101-ci il dönümü münasibəti ilə keçirilən mərasimdə iştirak edib.

Miq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, prezident şagirdlərdən birinin səsləndirdiyi "Dua” şerini dinləyərkən göz yaşlarını saxlaya bilməyib.

Ərdoğan, həmçinin çıxışında Avropa ölkələrini sərt tənqid edib:

"Brüsseldə və AB-nin hər hansı ölkəsində bu bombaların partlamaması üçün heç bir səbəb yoxdur. Bu, mina tarlasında rəqs etmək kimidir. Ayağınızı nə zaman minaya basacağınızı bilmirsiniz, lakin bunun qaçılmaz sonluq olduğu məlumdur. Qoynunuzda ilan bəsləyirsiniz. Bəslədiyiniz o ilan hər an sizi də sanca bilər. Türkiyədə partlayan bombalar sizin üçün heç bir şey ifadə etməyə bilər. Sizin şəhərlərdə partlayanda bizim nə hiss etdiyimizi anlayacaqsınız, lakin çox gec olacaq”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az