Ərdoğandan İmamoğlunun “hər şey çox gözəl olacaq” şüarına - Sərt reaksiya

Ərdoğandan İmamoğlunun “hər şey çox gözəl olacaq” şüarına - Sərt reaksiya
Türkiyə prezidenti Taksim Meydanında ənənəvi Bəyoğlu iftarında sakinlərlə görüşüb.

Tramvayda gedərkən Türkiyə liderinə "Hər şey çox gözəl olacaq” deyən bir vətəndaşa "daha gözəl olacaq" cavabını verib. 

Ərdoğan çıxışı zamanı Fənərbağça-Akhisarspor matçı öncəsi tribunalarda səsləndirilən "Hər şey çox gözəl olacaq” şüarlarına da sərt reaksiya verib: "Bu stadionları biz tikdirdik. Bunlar yanlış yoldadır. Amma biz düzəldəcəyik. Hamısı qeydə alınır”.  

Türkiyə prezidenti bu şüarla Əkrəm İmamoğluna dəstək verən sənətçilərlə bağlı isə "Sənətçi sənəti ilə danışar, bu cür insanlara yaltaqlıq etməz” sözlərini işlədib.(Qafqazinfo)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az