Ərdoğandan Xocalı paylaşımı: “İllər keçsə də acısını unutmayacağımız..."

Ərdoğandan Xocalı paylaşımı: “İllər keçsə də acısını unutmayacağımız...

"29 il öncə Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterdə yazıb.

"İllər keçsə də acısını unutmayacağımız, hüznünü təkrar-təkrar yaşacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı demədən amansızcasına qətlə yetirilən 613 azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Bir millət, iki dövlətik... Türkiyə olaraq haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik”, - dövlət başçısı qeyd edib.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az