Ərəb jurnalistin ölüm əmrini şahzadənin müşaviri verib: "O itin başını mənə gətirin"

Ərəb jurnalistin ölüm əmrini şahzadənin müşaviri verib:

Ərəb jurnalist Camal Kaşıkçının ölüm əmrini Səudiyyə Ərəbistanı şahzadəsi Salmanın müşaviri Kahtani verib.


Miq.az ölkə.az-a istinadən xəbər verir ki, "Skype"la baş konsulluğa zəng edən Kahtani əvvəlcə Kaşıkçını təhqir edib, sonra isə "Bu itin başını mənə gətirin" əmrini verib. İddiaya görə "Skype" danışıqlarının səsyazısı Türkiyə hökumətindədir.

"Washington Post" qəzetinin müxbiri yazır ki, şahzadənin müşaviri Suud əl Kahtani Kaşıkçının ölüm əmrini vermək üçün 2 oktyabrda konsulluğa "Skype" vasitəsilə zəng edib. "Reuters"in məlumatına əsasən, Kahtani Camalı təhqir edib sonra isə ölüm dəstəsinə "bu itin başını mənə gətirin" əmrini verib.
Vəliəhd şahzadə Salmanın müşaviri Suud əl Kahtani vəliəhdin müxaliflərə təhdid üçün Tvitterdə qurduğu trol ordusunun rəhbəridir. 3 min dollar maaş alan yüzlərlə trol kimə hücum etmək, hansı mövzuda tvit atmaq üçün gündəlik ondan təlimat alırlar.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az