Erməni diversantın atası azərbaycanlı əsirlə görüşdü – Foto

Erməni diversantın atası azərbaycanlı əsirlə görüşdü – Foto

Azərbaycan sərhədlərini pozarkən saxlanılmış Ermənistan ordusunun kəşfiyyatçısı Karen Kazaryanın atası Armen Kazaryan yolu azaraq Ermənistan tərəfə keçərkən əsir götürülmüş Azərbaycan vətəndaşı Elvin İbrahimovla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Armen Kazaryan Elvinə xəstəxanada baş çəkib. Ziyarət barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini İbrahimov Elvin Arif oğlu bu il martın 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumatda bildirilir ki, E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb.

Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Azərbaycanda terror aktı törətməyə cəhd göstərməkdə təqsirləndirilən erməni diversant Karen Armeni Kazaryan isə keçən il sərhəd rejimini pozaraq Azərbaycan tərəfinə keçərkən saxlanılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az