Erməni kəşfiyyatçı açıqladı: “2 gün sonra hücuma keçəcəyik” - Qarabağda TOQQUŞMA

Erməni kəşfiyyatçı açıqladı: “2 gün sonra hücuma keçəcəyik” - Qarabağda TOQQUŞMA

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində separatçı "Arsax (Qarabağ) işığı” təşəbbüs qrupu qondarma rejimin "prezidenti” Bako Saakyanın istefa verməsini tələb edir.

Publika.az xəbər verir ki, təşəbbüs qrupunun üzvü, erməni kəşfiyyatçı Vaan Badasyan iyunun 15-nə qədər vaxt verdiklərini deyib.

"Bako Saakyan xalqı aldatdı, o, 2020-ci ildə namizəd olmayacağını deyir, lakin biz buna inanmırıq. Buna görə də o dərhal istefa verməlidir. İyunun 15-nə qədər gözləyəcəyik, sonra hərəkətə keçəcəyik. Ən düzgün yol istefaya getməkdir. Çünki Saakyan 2020-ci ilə qədər qalarsa, saxtalaşdırma yolu ilə Serj Sarkisyanın başqa bir adamını gətirəcəklər. İyunun 15-nə qədər qərar verəcəyik və sonra hücuma keçəcəyik. Küçə toqquşmalarının olacağı istisna deyil”, - deyə o bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az