Erməni tələsi: Əsgərlərimizə zəhər qoyurlar...

Erməni tələsi: Əsgərlərimizə zəhər qoyurlar...

Sosial şəbəkələrdə Azərbaycan əsgərlərinin yemək yeyərkən turşu və mürəbbədən istifadə etməsi və bunların "ermənilərdən qalması”nı bildirməsi videolarının yayılmasından sonra ermənilər tələ hazırlamağa qərar veriblər.

Miq.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, Azərbaycan Ordusunun nəzarətinə verilən və veriləcək rayonlardan çıxan ermənilər qəsdən bu cür "ərzaq”lar saxlayırlar. Ehtimal edirlər ki, Azərbaycan əsgərləri evlərə baxış keçirərkən bu ərzaqları tapacaq və istifadə edəcəklər. Ona görə də həmin turşu, mürəbbə və s. kimi qablaşdırılmış məhsulları zəhərləyib, evlərin görünən yerində qoyub gedirlər.

Sosial şəbəkə istifadəçiləri bu tip ərzaqlara əl vurmaması üçün əsgərlərimizə çağırış ediblər.

Qeyd edək ki, yaşayış məskənlərinin minalanması, qapılara, evlərin girişinə partlayıcı maddələrin qoyulması kimi alçaqlıların da müşahidə edildiyi haqda məlumatlar var.

Xatırladaq ki, 9 noyabrda imzalanan üçtərəfli Bəyanata əsasən, 20 noyabrda Ağdam rayonu Ordumuzun nəzarətinə verilib. Bu gecə - 25 noyabrda Kəlbəcər, 1 dekabra qədər isə Laçın rayonu Azərbaycanın nəzarətinə veriləcək.

Ordumuz son 20-25 ildə işğal edilən Azərbaycan kəndlərində məskunlaşan mülki ermənilərin getməsi üçün hər cür şərait yaradır, hətta onların əşyalarını yığmasına da yardım edir. Ordumuzun bu qədər humanistliyinə ermənilərin tələlərlə, zəhərlə cavab verməsinin isə adı var: bu, ermənilikdir!

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az