Ermənilər Kəlbəcərin kəndlərinə qaz çəkdi...

Ermənilər Kəlbəcərin kəndlərinə qaz çəkdi...

"Acından ölən” ermənilər Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunun kəndlərini də qazla təmin etməyə başlayıb.

Moderator.az xəbər verir ki, bu haqda qondarma separatçı-terrorçu rejimin "Artsaxqaz” "qapalı səhmdar cəmiyyəti”nin rəhbəri sayılan Seyran Mikaelyan "5 sentyabr – qaz işçiləri günü” münasibətilə təbrik müraciətində danışıb. Onun sözlərinə görə, inzibati cəhətdən Kəlbəcər rayonuna aid olan  "Drmbon” adlandırılmış Heyvalı  və "Hetavan” adlandırılmış "Qozlu körpü” kəndlərinə qaz  xətti çəkilib. Xocavənd rayonunun "Uxtadzor” adlandırılmış "Edilli”  kəndinə qaz çəkilişi üçün işlər görülür. İşğaldan öncə çəkilmiş Hadrut-Tuğ qaz xətti isə yenilənib.

Xatırladaq ki, işğaldan əvvəl Kəlbəcər rayonunun heç bir kəndində mavi yanacaq olmayıb.

Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az