Ermənilər Qarabağda sement zavodu tikmək haqda qərar verdi....

Ermənilər Qarabağda  sement zavodu tikmək haqda qərar verdi....
"Bizim "başbilən”lər hələ dövlət büdcəsi hesabına aparılan tikintilərdə "Qaradağ” sementini "yeyib” doymayıb..."

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin sement zavodu tikməyə qərar verməsi barədə informasiya yayılıb.

Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, dünən Xankəndidə kriminal rejimin yeni başçısı Araik Arutyunyan özünün də üzvü olduğu  "Artsax” investisiya fondunun himayədarlar şurasının  iclasını keçirib.

İclasda  "SABBA” şirkətinin  Qarabağda sement zavodu tikilməsi haqda təklifləri bəyənilib və ona həmin layihənin həyata keçirilməsi üçün kredit ayrılmasına qərar verilib.
Sement zavodunun konkret hansı Azərbaycan məntəqəsi yaxınlığında tikiləcəyi barədə məlumat verilmir.

Sultan Laçın   



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az