Ermənilərin döyüş itkiləri - FOTO

Ermənilərin döyüş itkiləri - FOTO

Ermənilər cəbhədə baş verənlərdən sonra itkilərini etiraf etməyə başlayıblar.

"Sputnik Armeniya”nın məlumatına görə, Ermənistanın Tavuş rayonunda iki polis əməkdaşı yaralanıb. İlk rəsmi açıqlamanı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan "Facebook”da verib.

Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
Azərbaycan ötən gün 4 şəhid verib.

Buna baxmayaraq ermənilər isə hər yolla itkilərini gizlətməyə çalışırlar. Lakin təşvişə düşən sosial şəbəkə istifadəçiləri həqiqətləri yayır. Erməni hərbçilərinin aciz vəziyyəti ilə bağlı paylaşımların da qarşısını almaq mümkün olmur. Erməni istiadəçilərin yazdıqlarına görə, ötən gün 70-ə yaxın canlı qüvvə itkisi yaşanıb. Yaralıların sayı isə yüzlərlədir.

Bəzilərinin sözlərinə görə, baş verən döyüşlərdən sonra yaralılar və ölənlər böyük tutumlu maşınlarla daşınıb.
 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az