Ermənistan 7 rayonu Azərbaycana qaytarmağa razıdır-Ter-Petrosyan

Ermənistan 7 rayonu Azərbaycana qaytarmağa razıdır-Ter-Petrosyan

Erməni tərəfi: "Azərbaycana diplomatik şapalaq"

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolai Bordyuzha Ermənistan – Azərbaycan münaqişəsindəki son insidenti "diversiya" adlandırmışdı. Ancaq diversiya aktını törədən tərəfin adını açıqlamamışdı. Ermənistanın əsas müxalifət partiyası olan Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabian isə hesab edir ki, Bordyuzha-nın bəyanatı ünvansız olmayıb. Əksinə, ilk dəfə olaraq, insidentə görə məsuliyyət Azərbaycanın üzərinə qoyulub.

 Levon Zurabyan, 30 dekabr 2016

"Mətndə bir az dolayı, amma aydın şəkildə deyilir ki, KTMT üzvü olan dövlətin ərazisində diversiya xarakterli akt törədilib. Təbii ki, Ermənistan öz ərazisində diversiya xarakterli akt törədə bilməz. Aydındır ki, söhbət Azərbaycandan gedir. Onun adı çəkilməsə də, ilk dəfədir ki, konkret məsuliyyət Azərbaycanın üzərinə qoyulur", – deyə Zurabian bildirib.

Onun sözlərinə görə, bəyanat həm də Azərbaycanı silkələyn bir diplomatik şapalaq sayıla bilər:

"Çünki orada aprel döyüşlərinin Dağlıq Qarabağ Respublikasında baş verdiyi göstərilir. İndiyədək heç bir beynəlxalq sənəddə "Dağlıq Qarabağ Respublikası" ifadəsi işlənməmişdi. Aydındır ki, bu ifadə özlüyündə bir şapalaqdır. Ola bilsin, onun müəllifləri bu yolla Azərbaycanı ayıltmaq istəyiblər."

Ter-Petrosyan-dan əlavə açıqlama


Levon Ter-Petrosyan,6 may 2012
 
Bu arada Erməni Milli Konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyanın münaqişənin həll yolu ilə bağlı bu yaxınlarda verdiyi bəyanat kəskin reaksiya doğurduğundan, o, əlavə açıqlamalar verməli olub. Petrosyan bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli variantı barədə Konqresin qurultayında söylədikləri onun öz baxışını yox, hazırda müzakirə masasında olan və Ermənistan hakimiyyəti tərəfindən prinsip etibarilə qəbul edilmiş variantı göstərir.
 
 Ter-Petrosyanın açıqladığı versiyaya görə, Ermənistan hakimiyyəti Dağlıq Qarabağa status verilməsinin əvəzində ona bitişik 7 rayonu Azərbaycana qaytarmağa razıdır.

"İndi belə çıxır ki, kompromisə getməyi və əraziləri qaytarmağı məğlubiyyət və satqınlıq kimi qələmə verənlər, əslində, öz əməllərinə qiymət verir. Bizim konsepsiyamızı yox, məhz öz proqramlarını qamçılayırlar", – Ermənistanın ilk prezidenti belə deyib.

Hazırkı prezident Serzh Sargsyan bugünlərdə diplomatlarla görüşündə Ter-Petrosyana dolayı yolla cavab verib. Prezident bildirib ki, "bizim uzun müddətdir təfərrüatlarını müzakirə etdiyimiz həll variantını hələ indiyədək heç kim ictimaiyyətə dəqiq açıqlaya bilməyib. 2007-ci ildən etibarən Madrid prinsiplərindən başqa heç bir variant müzakirə predmeti olmayıb".

O, bununla Ter-Petrosyanın açıqladığı variantın yüzdə-yüz həqiqəti əks etdirmədiynə işarə vurub.

 Serzh Sarkisian, 14 oktyabr 2016

Sargsyan naqolay duruma düşür?

Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan isə hesab edir ki, əksinə, prezidentin bu sözləri Ter-Petrosyanın söylədiklərinin təsdiqi anlamına gəlir. O əmindir ki, liderinin açıqladıqları 100 faiz doğrudur. Sadəcə, Serzh Sargsyan bunu etiraf edə bilmir. Çünki "naqolay” duruma düşür.

Ter-Petrosyan onu da bildirmişdi ki, 1997-ci ildə onun təklif etdiyi mərhələli həll variantı indi müzakirə olunandan heç nəylə fərqlənmir. O vaxtkı təklifdə Dağlıq Qarabağın statusu ilə bağlı heç bir tələbin olmaması barədə iradlara gəlincə, Ter-Petrosyanın tərəfdarları hesab edirlər ki, əksinə, mərhələli həll variantı Dağlıq Qarabağa indiki variantla müqayisədə daha çox imkan verirmiş.

"O vaxtkı sənəddə, mahiyyət etibarilə, Dağlıq Qarabağ Azərbaycan və Ermənistanla yanaşı, bərabər hüquqlu tərəf kimi tanınırdı. Onun statusu özünün razılığı olmadan müəyyənləşdirilə bilməzdi. Bu, hazırkı sənəddə öz müqəddəratını təyinetmə barədə yayğın formulə ilə müqayisədə daha güclü bir mövqe idi", – deyə Levon Zurabyan bildirib./Azadlıq.org/

Miq.Az

loading...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az