Ermənistan çətin durumda; 44 günlük müharibə... - Pul toplamağa başladılar

Ermənistan çətin durumda; 44 günlük müharibə... - Pul toplamağa başladılar

44 günlük müharibənin Ermənistana mənfi təsiri ilə bağlı ümumi rəqəmləri demək çox çətindir. Çünki erməni hökumətinin özü də belə tip informasiyaları qapalı saxlamağa üstünlük verir.

Miq.Az qeyd edir ki, ümum erməni "Hayastan” fondunun ABŞ-da "Birlik, Güc, İnam” şüarı altında keçirdiyi telemarafon müharibənin Ermənistan vətəndaşlarına necə təsir etdiyinin əhatə dairəsini müəyyənləşdirmək baxımından bəzi ipucları verib.

"Hayastan" fondunun mətbuat xidməti telemarafonla bağlı bildirib ki, bu tədbir ənənəvi olaraq 12 saat deyil, 4 saat davam edib, ABŞ-dakı erməni həmrəyliyi nəticəsində fonda ianə kimi 22 milyon dollardan çox pul toplanıb.

Fondun rəsmisi Mariya Meqranyan deyib ki, toplanan ianələr əsasən ərazilər təhvil verildikdən sonra Qarabağdan qayıdan ermənilərə, öldürülən erməni hərbi qulluqçularının ailələrinə dəstək verməyə yönəldiləcək: "Məqsəd təqribən 100 min insana maddi dəstək verməkdir”.

Göründüyü kimi, diaspor rəsmisinin dediyindən aydın olur ki, 44 günlük müharibədən Ermənistanda təxminən 100 min insan təsirlənib.

Azərbaycanın əlində olan operativ informasiyalara görə, işğal olunan Azərbaycan ərazilərində 65 mindən artıq erməni yaşamayıb. Deməli, müharibədən təsirlənənlər arasında azı 25-30 min erməni əsgəri də var.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az