Ermənistan Elnur Hüseynzadəni azad edə bilər

Ermənistan Elnur Hüseynzadəni azad edə bilər

Ermənistan hakimiyyəti əsir düşən azərbaycanlı Elnur Hüseynzadəni vaxtından əvvəl azad etmək imkanını nəzərdən keçirir.


Miq.az oxu.az-a istinadən bildirir ki, E.Hüseynzadənin azad olunması hərbi əsirlərin dəyişdirilməsi zamanı baş tuta bilər.

Bununla belə, Ermənistan rəhbərliyi bəyan edib ki, 2014-cü ilin iyulunda qohumlarının məzarlarını ziyarət etmək üçün Kəlbəcərə gedərkən erməni əsgərləri tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması barədə söz gedə bilməz.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan E.Hüseynzadə 2017-ci ilin fevral ayında Talış kəndi yaxınlığında qeyri-muəyyən şəraitdə əsir düşüb.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az