Ermənistan həmsədrləri səbirsizliklə gözləyir - Armen Qriqoryan

Ermənistan həmsədrləri səbirsizliklə gözləyir - Armen Qriqoryan

"Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərini səbirsizliklə gözləyir, çünki beynəlxalq ictimaiyyət Qarabağ münaqişəsinin həll olunmadığını və ATƏT-in Minsk qrupunun onun həlli üçün mühüm platforma olduğunu düşünür”.
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
 
"Biz gözləyirik ki, həmsədrlərin regiona səfəri və gələcək addımlar Qarabağ münaqişəsinin uzunmüddətli və hərtərəfli həlli üçün imkan yaradacaq”, – Armen Qriqoryan deyib.
 
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Ermənistan hərtərəfli sülh sazişinin bağlanması istiqamətində fəaliyyətini davam etdirəcək. Onun sözlərinə görə, sazişin imzalanması üçün Qarabağ münaqişəsinin nizamlanması lazımdır.
 
Armen Qriqoryanın fikrincə, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar və siyasi alətlərlə həll yollarını tapmağa çalışmaq lazımdır. O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında bir çox başqa məsələlər var:
 
"Kommunikasiyalaın açılması, delimitasiya, demarkasiya. Bu məsələlərin həlli sülh müqaviləsinin əsasını qoyacaq”.
 
"Qarabağ Respublikasının statusu ilə bağlı heç bir məhdudiyyət olmamalıdır, münaqişənin həlli ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında danışıqlar yolu ilə tapılmalıdır”, - deyə Armen Qriqoryan əlavə.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə münasibət bildirib.
 
"Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıbdır. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az