Ermənistan minalı sahələrin xəritəsini versə... - Polkovnik

Ermənistan minalı sahələrin xəritəsini versə... - Polkovnik

Minalar Qarabağ ərazisinə xəritə əsasında basdırılıb.

Miq.Az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib. Onun sözlərinə görə, məhz bu səbəbdən ərazinin minalardan tam təmizlənməsi prosesu illərlə uzanacaq.

"Ərazi balaca deyil. Mina sahələri həddindən artıq çoxdur. Çətinlik törədən də odur ki, qarşı tərəf mina sahələrini döşəyəndə onların xəritələri olub. Həmin xəritələr bizdə olsa, bu proses daha da sürətlənərdi. İndi isə Azərbaycan dövləti əlində olan imkanlardan istifadə edərək mina sahələrini təmizləyir. Bununla əlaqədar təhlükəsizlik tədbirləri də görülür. Türkiyədən də bununla bağlı Azərbaycana heyət gəlib və onlar da mina təmizləmə prosesinə qoşulub. Dövlət tərəfindən beynəlxalq qurumlara müraciətlər olunub. Dövlət bütün tədbirləri görüb".

Ekspert bildirib ki, buna baxmayaraq, çətinlik törədən amillər var:

"Qış fəsili, havaların qarlı keçməsi və s. Qar ortüyü yerin altında olan minaların təmizlənməsində müəyyən bir çətinlik törədir. Minaları təmizləmək üçün əlavə texnikalar da alınır. Amma prosesin nə vaxt başa çatacağını demək çətindir. Düşünürəm ki, Qarabağı 1-2 ilə tam şəkildə minalardan təmizləyə bilərik. Hər halda müyyən ərazilər qalacaq. Çünki dağlıq-meşəlik ərazilərdir. Çətin prosesdir. Bunun üçün dövlət tərəfindən bütün tədbirlər də görülür. Hər halda mina sahələrinin təmizlənməsi həm də yaşayış məntəqələrinin bərpası ilə yanaşı aparılacaq".

Şair Ramaldanov hesab edir ki, əgər Ermənistan bizə minaların döşənməsi ilə bağlı əlində olan xəritəni versə, proses daha da sürətli gedər:

"Hər halda sülhməramlıların da bu prosesdə iştirakı lazımdır".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az