Ermənistan Müdafiə Nazirliyində korrupsiya ilə bağlı yoxlama aparılacaq

Ermənistan Müdafiə Nazirliyində korrupsiya ilə bağlı yoxlama aparılacaq
Ermənistan Dövlət Nəzarət Xidməti Müdafiə Nazirliyində yoxlama aparacaq.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu xidmətin rəisi David Sanasaryan bildirib.
Onun sözlərinə görə, yalnız hərbi məqsədlər üçün malların alınması məsələsi deyil, bütövlükdə Müdafiə Nazirliyinin fəaliyyəti yoxlanılacaq: "Bu yoxlama aldığımız informasiyaya əsasən keçirilir. Təftiş korrupsiya ilə bağlıdır”.

D.Sanasaryan yoxlamanın nəticələri barədə əlavə məlumatların veriləcəyini də vurğulayıb.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az