Ermənistan rəhbərliyi QORXU içərsində-Əhaliyə silah paylanılır

Ermənistan rəhbərliyi QORXU  içərsində-Əhaliyə silah paylanılır

Artıq, Ermənistan rəhbərliyi o qədər qorxu içərsindədir ki, sərhəd və cəbhə bölgəsinə yaxın yaşayan əhaliyə silah paylayır

"Ermənistanda daxili siyasi vəziyyət gərginləşdikcə, cəbhədə işğalçıların təxribatları artır. Azərbaycan düşmənin bütün adekvat cavabını verərək, Ermənistanda ciddi  panikaya səbəb olur. Çünki, düşmənə vurulan dəqiq zərbələr, Azərbaycanın yüksək texnoloji silahlara malik olmasını sübut edir.  Artıq, Ermənistan rəhbərliyi o qədər qorxu içərsindədir ki, sərhəd və cəbhə bölgəsinə yaxın yaşayan əhaliyə silah paylayır. Bu onu göstərir ki, Ermənistan Azərbaycanın artan hərbi təzyiqlərindən  narahatdır. 
Qeyd edim ki, Ermənistan  "İsgəndərM" raket kompleksini Qarabağda yerləşdirib. Məhz Erməni rəhbərliyi, bu addımı atmaqla Azərbaycanı aktiv hücumlarıdan  çəkindirici amil kimi istifadə edir. İşğalçı qüvvələr əmindilər ki, yeni toqquşma Azərbaycanın tam əzici üstünlüyü ilə davam edəcək. "İsgəndər-M" raket komplekslərinin Qarabağda yerləşməsi ilə bağlı olaraq,  Azərbaycan bununla bağlı Rusiyadan izahat tələb etməlidir. Çünki, Rusiyanın Ermənistana verdiyi  belə bir silahların işğal olunmuş ərazilərdə yerləşdirilməsi yolverilməzdir. Hazırda, bu raket kompleksinin idarə etmə pultu rus hərbiçilərindədi. Bu, o deməkdir ki, bu raket kompleksini idarə etmək üçün Rusiyanın 102-ci bazasının hərbiçiləri Azərbaycan ərazisində mövqelənib. Bundan əlavə, Qarabağda Ermənistanın diversiya və kəşfiyyat bölüklərini Rusiya hərbiçiləri hazırlayaraq, bölmələrimizin üzərinə təxribata göndərir." 

Bu sözləri son günlər cəbhə bölgəsində gərginləşən vəziyyətlə əlaqədar hadisələri şərh edən politoloq Məhəmməd Əsədullazadə Miq.Az-a açıqlamasında bildirib.

"Bir neçə aydır ki, cəbhə xəttində atəşkəs mütəmadi olaraq pozulur.  Hesab edirəm ki, atəşkəsin qorunub saxlanması, Ermənistanın maraqlarına cavab verir. Azərbaycan ordusu işğalçı qüvvələrin ön xəttə möhkəmlənməsinə imkan verməməlidir.  Artıq, danışıqların perspektivləri tükənib.  Rusiya Qarabağda növbəti eslakasiyanın baş verməməsi üçün Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünü təşkil edir. Bununla danışıqlar görüntüsü yaratmaqla status-kvonu qorumağa çalışır. 

Üç gündür ki, Ermənistan XİN rəhbəri Eduard Nalbadyan Moskvada səfərdədir. Və bu səfərdə məqsəd Qarabağ münaqişəsinin müzakirə olunması, ardınca Azərbaycanın XİN rəhbərinin dəvət olunması,  Rusiyanın növbəti şousudur. Rusiya öz qonşularında münaqişələri alovlandırmaq və status-kvonu saxlamaqla regionun  Qərbə inteqrasiya siyasətinin qarşısını almağa hesablayıb. Xüsusilə Azərbaycan Rusiyanın Moskva görüşündən nikbin olmadığı üçün müzakirələrdə həvəsli deyil. Demək olar ki, Moskva danışıqları imitasiya xarakteridir. Rusiyanın təklifləri paket həllidi və öz "sülhməramlı" qüvvələrini Qarabağda yerləşdirməkdən ibarətdir."-deyə politoloq açıqlamasında bildirdi.  

"Ermənistanın işğal olunmuş ərazilərində "referendum" şousu və konstruktiv danışıqlardan yayınması, hərbi eslakasiyanın baş verməsini tezləşdirir. Azərbaycanın müasir silahları və döyüş taktikası imkan verir ki, növbəti mərhələdə bir neçə rayonu azad etsin və münaqişənin həllini tezləşdirsin."

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az