"Ermənistan Rusiya hərbi bazasının genişləndirilməsini istəyir" - Müdafiə naziri


Ermənistan Rusiyanın bu ölkədəki hərbi bazasının imkanlarının genişləndirilməsində maraqlıdır.

APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan bildirib.

"Rusiyanın Ermənistan Respublikası ərazisindəki hərbi bazasının genişləndirilməsi və potensialının artırılması məsələsi hər zaman gündəlikdə olub. Baza Ermənistan və Rusiya Silahlı Qüvvələrinin Birgə Qoşun Birləşməsinin bir hissəsi olduğu üçün erməni tərəfi həmişə bunda maraqlıdır. Bu səbəbdən bazanın imkanlarının genişləndirilməsi avtomatik olaraq Qafqaz kollektiv təhlükəsizlik bölgəsində ikitərəfli əsasda fəaliyyət göstərən ortaq qrupun potensialının artırılmasına səbəb olur", - deyə Ermənistan müdafiə naziri qeyd edib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi bölgədəki mövcud hərbi və siyasi reallıqları nəzərə alıb və bazanın möhkəmləndirilməsi, yenidən təchiz edilməsi istiqamətində müvafiq addımlar atıb.

"Bu prosesin uzunmüddətli xarakterli olacağına əminəm", - deyə müdafiə naziri əlavə edib.

Nazir Ermənistan ərazisində Rusiyanın ikinci hərbi bazasının yaradılmasına ehtiyac olmadığını da bildirib.

Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistanın Gümrü şəhərində yerləşir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az