Ermənistan sentyabrdan sülh danışıqlarından kənarlaşıb

Ermənistan sentyabrdan sülh danışıqlarından kənarlaşıb
Erməni politoloqları Yerevanda "2016-cı ildə Dağlıq Qarabağ ətrafında danışıqların yekunları” mövzusunda diskussiya keçirib 

Miq.az modern.az-a istinadən xəbər verir ki, politoloqlar danışıqlar prosesinin münaqişənin sülh yolu ilə həlli üçün deyil, sırf status-kvonun saxlanılması və münaqişənin aktiv hərbi əməliyyatlar fazasına keçməməsi üçün aparılır.

Ermənistan Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Ağası Yenokyan Dağlıq Qarabağın daim təhlükədə olduğun deyib.

"Birinci mərhələ aprel döyüşlərindən dərhal sonra başlayıb və həmsədrlərin Azərbaycanı hərbi əməliyyatlardan çəkindirmək üçün danışıqlar masasına dəvət etməsi ilə yadda qalıb. İkinci mərhələ isə sentyabr ayında başlayıb. Bu dəfə Azərbaycan danışıqların aparılmasına maraq göstərib lakin hərbi paradda "İsgəndər” və s. yeni aldığı silahları nümayiş etdirən Ermənistan prosesdən kənarlaşıb. Belə nəticəyə gəlmək olar ki, Ermənistan rəhbərliyi də münaqişənin hərbi yolla həlli barədə düşünməyə başlayır”.

Ermənistan Regional və Qlobal Əməkdaşlıq Mərkəzinin direktoru Stepan Qriqoryan isə həmsədrlərin danışıqlar prosesini aktivləşdirə bilmədiklərini vurğulayıb.
"Danışıqlar prosesi 2012-ci ildən bəri aparılmır. Dövlət başçıları və xarici işlər nazirlərinin görüşləri isə formal xarakter daşıyır”.

Onun fikrincə, Rusiya rəhbərliyi Ermənistanı torpaq güzəştlərinə getməyə vadar edir.

"Rusiya danışıqlarda yalnız vasitəçi kimi çıxış etmir, həm də Dağlıq Qarabağda öz maraqlarını güdür. Məsələn, Rusiya rəhbərliyi Azərbaycanın Avrasiya İttifaqına üzv olması üçün Ermənistan rəhbərliyinə müəyyən təzyiqlər göstərir”.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az