Ermənistanda generalın oğlu silahlı insident törədib - FOTO

Ermənistanda generalın oğlu silahlı insident törədib - FOTO

Ermənistanda atışma olub. "Report” bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisəArmavir vilayətində qeydə alınıb.


Belə ki, sürücülər – 30 yaşlı Ara Qriqoryan və 26 yaşlı Koryun X. arasında yaranmış mübahisə silahlı insidentlə nəticələnib. Mübahisə zamanı Ara Qriqoryan tapança ilə Koryun X-a atəş açıb. Lakin sonuncu güllədən yayına bilib. Bundan sonra A.Qriqoryan şəxsi avtomobili ilə ərazidən uzaqlaşıb.
Araşdırmalar zamanı A.Qriqoryanın Ermənistan parlamentinin keçmiş deputatı, general Manevl Qriqoryanın oğlu olması müəyyənləşdirilib.A.Qriqoryanmüvəqqəti sərbəst buraxılıb və ondan heç bir yerə getməməsi barədə iltizam alınıb.

Generalın oğlunda həmçinin bıçaq da aşkarlanıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az