Ermənistanda uşaqlara qarşı cinayətlərin sayı artdı

Ermənistanda uşaqlara qarşı cinayətlərin sayı artdı

Ermənistanda uşaqlara qarşı törədilən cinayətlər, o cümlədən seksual zorakılıq halları artıb.

Azərtac xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, 2018-ci ildə azyaşlılara qarşı cinayət əməllərinin sayı 317 olub ki, halbuki 2017-ci ildə bu rəqəm 265 təşkil edib. Azyaşlılara qarşı cinayətlərin bir hissəsi seksual xarakter daşıyır. Belə ki, ötən il bu ölkədə uşaqlara qarşı 32 zorlama cinayəti törədilib. Həmçinin 41 fiziki güc tətbiq etməklə xəsarət yetirilməsi, 15 valideynin uşağından imtina etməsi halları qeydə alınıb. Ağır cinayətlər sırasında azyaşlıların oğurlanması üzrə 10 cinayət işi qaldırılıb. Bundan başqa, iki azyaşlının öz anaları tərəfindən öldürülməsi və uşaqların orqan alverinin qurbanı olması faktları üzrə də istintaqlar aparılır.

İstintaq Komitəsinin məlumatını şərh edən ekspertlər bildiriblər ki, uşaqlara qarşı cinayətlərin sayının artması ölkədəki sosial vəziyyətin ağır olması ilə əlaqədardır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az