Ermənistandan Dağlıq Qarabağa hərbçi daşıyan avtomobil aşıb – 4 əsgər ölüb

Ermənistandan Dağlıq Qarabağa hərbçi daşıyan avtomobil aşıb – 4 əsgər ölüb
Ermənistan ordusunun 4 əsgəri avtomobil qəzasında ölüb.

"Report” "News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bildirib.
Hadisə noyabrın 7-də Gorus rayonu ilə Azərbaycanın işğal altındakı Qubadlı rayonu arasındakı avtomobil yolunda baş verib.
Ermənistan Müdafiə Nazirliyinə məxsus "KamAZ” markalı yük maşını yolun 39-cu km-də aşıb. Nəticədə 4 əsgər ölüb. Bunlar 1998-ci ildə anadan olmuş Ayrapet Nairyan, 1998-ci il təvəllüdlü Qrant Qasparyan, 1998-ci ildə anadan olmuş Edqar Unanyan və 1998-ci il təvəllüdlü David Melkonyandır. Onların hamısı 2017-ci ildə hərbi xidmətə çağırılanlardır.
Qəza nəticəsində yaralanan əsgərlərin sayı hələlik məlum deyil.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az