Ermənistandan Rusiyaya daha bir “şillə”

Ermənistandan Rusiyaya daha bir “şillə”
Stanislavaskov adına Yerevan Rus Dram Teatrı üçün bu mövsüm sonuncu ola bilər, çünki Ermənistan Mədəniyyət Nazirliyinin apardığı siyasət teatrın bağlanmasına hesablanıb. 

Miq.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "İA REGNUM" nəşri yazıb. 
Qeyd edilib ki, teatrın bədii rəhbəri vəzifəsinə namizədlərdən biri Ermənistanda tanınmış rejissor Suren Şaxverdyandır. O, müstəqil Ermənistanda belə teatrın mövcudluğunu absurd hesab edir.
Məqalədə deyilir ki, teatr hətta 90-cı illərin əvvəllərində kəskin anti-Rusiya isteriyası vaxtı belə bağlanmamışdı. Ancaq bu gün vəziyyət kökündən dəyişib. Aktyorların əksər hissəsi erməni dilini çox yaxşı bilir, erməni səhnələrində çıxış edir. Yəni rus teatrının bağlanması onların işsiz qalması mənasına gəlməyəcək. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az