Ermənistanı belə məhv edəcəklər-Strateji plan

Ermənistanı belə məhv edəcəklər-Strateji plan

Son 8 ildə NATO və ABŞ əleyhinə mövqe tutan ölkələr arasında yer alan Ermənistan öz patronu Rusiya ilə birlikdə məhv ediləcək.

İstiPress-in məlumatına görə, erməni politoloq İqor Muradyan bu barədə bu gün yazdığı məqaləsində bildirib.

"Hazırda Amerikada hakimiyyətə yeni siyasi komanda gəlib… NATO və Amerika-Britaniya regionalizminin, o cümlədən Qara dəniz-Qafqaz bölgəsində  fəallaşmasının vaxtı çatıb. Bu yeni ideyaların irəli sürülməsi və regionda yeni prinsiplərə baxılması deməkdir. Amerika durğunluqdan çıxır və tamamilə yeni xarici siyasi təşəbbüs gözlənilir”, - deyə Muradyan irəli sürdüyü proqnozu əsaslandırarkən vurğulayıb.

İqor Muradyanın fikrincə, Ermənistanın siyasi məhvi, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində özünü göstərəcək, çünki yeni administrasiya münaqişənin həlli üzrə yeni təkliflər irəli sürəcək: "Serj Sarkisyan praktiki olaraq bundan əvvəlki respublikaçılar adminstrasiyası - C.Buş tərəfindən ABŞ siyasəti çərçivəsində işlənmiş mövqeni dəstəkləməkdədir. Barak Obama administrasiyası ABŞ-ın Cənubi Qafqaz siyasətinə demək olar ki, heç nə gətirmədi”.

Erməni politoloq iki gün öncə yazdığı başqa bir məqaləsində isə Cənubi Qafqazın Qərb və Rusiya arasında  Ermənistan üçün arzuolunmaz formatda bölündüyünü bildirib: "Region ölkələrinin Qərblə (Gürcüstan, Azərbaycan) və Rusiyayla (Ermənistan) hərbi-siyasi əməkdaşlığı xüsusi önəm kəsb edir. Bu ölkələrin  (Gürcüstan və Azərbaycanın - red.) Qərbin siyasi və hərbi qurumlarına cəlb edilməsi göstərir ki, region Qərb üçün xüsusi önəm daşıyır”.

Əslində, İqor Muradyan bir erməni kimi ABŞ-ın Cənubi Qafqaz regionunda status-kvonu dəyişmək istəyinin ola biləcəyindən ehtiyat edir. Ermənilər bütünlükdə bir millət olaraq status-kvonun qeyri-müəyyən tarixə qədər uzadılmasına və nə vaxtsa Helsinki xartiyasının arxa plana keçməsindən sonra  Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıtmağa ümid edirlər. Onların bu planı Trampın gəlişindən sonra Rusiya ilə ABŞ arasında yaranmış anlaşma nəticəsində pozula bilər.

Azərbaycan yaranmış fürsətdən istifadə edərək hər iki supergüclə məsələnin 1984-cü ildə qəbul edilmiş Helsinki xartiyası əsasında həllinə nail olmalıdır. Həmin xartiyaya görə, münaqişələrin həlli zamanı əsas diqqət ərazi bütövlüyünün qorunmasına verilməlidir. 

Miq.Az

loading...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az