Ermənistanın baş naziri Bako Saakyanı “marzpet” adlandırdı?..

Ermənistanın baş naziri Bako Saakyanı “marzpet” adlandırdı?..
Paşinyan Qərbin adamıdırsa, o halda Vaşinqton, Paris də  Qarabağı işğalçı ölkənin "əyaləti” sayır?..

Xəbər verildiyi kimi, oktyabrın 15-də işğalçı ölkənin baş naziri Nikol Paşinyan İrəvanda Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin oyuncaq başçısı Bako Saakyanı qəbul edib.

Moderator.az-ın Rusiyada nəşr edilən erməni saytlarına istinadla verdiyi məlumata görə, bu haqda erməni siyasi şərhçisi Ruben Marqaryan "Ermənistanın səsi” qəzetinin rus versiyasındakı müəllif yazısında bəhs edib.  Şərhçinin sözlərindən belə anlaşılır ki, o, Paşinyanın Saakyanı "marzpet” adlandırması barədə məlumatı sosial şəbəkələrdən oxuyub.  Buna əmin olmaq üçün erməni politoloq hökumət başçısının  "Facebook”  səhifəsinə baxıb və orada yerləşdirilmiş video-yazıda öz qulağı ilə Paşinyanın  iqamətgahında Saakyanla Qarabağ məsələsindən danışarkən ona " hörmətli cənab prezident”, ardınca isə bir az sakit səslə "hörmətli cənab marzpet”- deyə müraciərt etdiyini eşidib.  Daha sonra həmin video-yazının montaj edildiyini  eşitsə də,  bu məlumatın  nə rəsmi təsdiqinə, nə də təkzibinə rast gəlib...

Qeyd edək ki, "marzpet”  farsca "mərzban” sözündən götürülüb və "sərhəd qoruyucusu”deməkdir. İranda Sasanilərin dövründə (III-VII əsrlər) əsasən, ucqar əyalətlərin hakimi; canişini "mərzban” adlandırılıb. Hazırda qondarma Ermənistan Respublikası da inzibati cəhətdən mərzlərə bölünür və ermənilər mərzlərin başçılarına "marzpet” deyirlər... 

P.S. Əgər doğrudan da işğalçı ölkə baş naziri separatçı rəhbərə qarşı belə bir ifadə işlədibsə, deməli, rəsmi İrəvan rəsmən olmasa da, Azərbaycanın işğal altındakı ərazilərini özünün əyaləti hesab edir. Və digər tərəfdən, deyildiyi kimi, N.Paşinyan ABŞ-ın, Qərbin adamıdırsa, o halda  məntiqlə belə çıxır ki, ağaları, yəni rəsmi Vaşinqton, Paris ona Rusiyanın təsir dairəsindən  tam çıxacağı təqdirdə  Qarabağın rəsmən  Ermənistanın təkibinə birləşdiriləcəyinə şərait yaradacaqlarına söz veriblər... Məhz buna görə də Nikol Moskvanın adamı olan Saakyanın saya salımır və ona adi bir əyalət başçısı kimi yanaşır....

Sultan Laçın
  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az