Ermənistanın baş nazirindən sensasion bəyanat – “Qarabağda 100-dən çox əsgərimiz ölüb”

Ermənistanın baş nazirindən sensasion bəyanat – “Qarabağda 100-dən çox əsgərimiz ölüb”
Ermənistanın baş naziri Karen Karapetyan parlamentdə qalmaqallı çıxış edib.

Miq.az   Avropa.info-ya istinadən  xəbər verir ki, bu barədə "Joxovurd” qəzeti yazıb. Onun sözlərinə görə, aprel müharibəsi zamanı ordunun yanacaqla problemi yaranıb. Bu üzdən hərbi texnika işləməyib. Məlum olub ki, dizel yanacağını kerosinlə qatışdıraraq bazarda satırlarmış.
"Aprel müharibəsi günlərində hərbi texnikamız bu səbəbdən işə düşmədi. Baş verənlərə satqınlıqdan başqa ad vermək olmaz. Məhz bu fırıldaqçılıq üzündən texnikamız işləmədi, 100-dən çox itki verdik. Təbii olaraq ortaya sual çıxır, bu faktlarla bağlı bu günədək cinayət işi qaldırılmayıb. Ümumiyyətlə, məlum deyil bütün bunlara görə kim cavab verəcək” – baş nazir belə deyib.
 
Miq.az  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az