Ermənistanın sabiq Müdafiə naziri ölkəni tərk etdi

Ermənistanın sabiq Müdafiə naziri ölkəni tərk etdi

Ermənistanın sabiq Müdafiə naziri, "1 Mart" hadisələri çərçivəsində konstitusiya sistemini devirməkdə ittiham olunan Seyran Ohanyan müalicə almaq məqsədilə Almaniyaya gedib.

Ordu.az xəbər verir ki, bu barədə Ohanyanın vəkillərindən biri Karen Mejlumyan erməni KİV-lərinə açıqlamasında bildirib.

"Seyran Ohanyana göndərilən dəvətdə qeyd edilib ki, o, oktyabrın 21-də saat 09:30-da xəstəxanada olmalıdır. Bu, onun əlilliyi ilə bağlıdır. Bilirsiniz ki, protezlənmə problemi var, iki aydan bir həmin tibb müəssisəsində müvafiq, məcburi müayinə keçir", - deyə erməni vəkil bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az