Əsir götürülən azərbaycanlı hərbçilərdən XƏBƏR VAR

Əsir götürülən azərbaycanlı hərbçilərdən XƏBƏR VAR

Erməni hərbçiləri tərəfindən əsir götürülən iki azərbaycanlı gənclər - Amin Musayev və Bayram Kərimov sağdırlar.

Miq.Az xəbər verir ki, bu barədə məlumat "Anna News”un teleqram kanalında verilib.

Məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri onlarla görüş keçirib.

Xatırladaq ki, A.Musayev və B.Kərimovun döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az