Əşrəf Qani: "Qan tökülməsin deyə istefa verdim"

Əşrəf Qani:
""Taliban" hərəkatı Kabilə qanlı hücum planlaşdırırdı. Dinc sakinlərin qanı töküləcəkdi”.

Bunu Əfqanıstan prezidenti Əşrəf Qani "Feysbuk" hesabında yazıb.

O, qərarını ölkədə qan tökülməməklə əsaslandırıb: "Qərarım düzgündür, çünki "Taliban” məni devirmək üçün Kabilə qanlı hücum hazırlayırdı. Mən də qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa verdim".

İstefa verən Əşrəf Qani avqustun 15-də ölkəni tərk edib.

Qani həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə əvvəlcə Kabildən Tacikistana, oradan da Omana gedib.

 Artıq hakimiyyət və ölkəyə nəzarət "Taliban"ın əlinə keçib. 

Prezdientin öz sarayında "Taliban" lideri ilə görüşdüyü barədə fotogörüntü yayılıb. Bundan başqa, onun ölkəni tərk etdiyini əks edirən video-görüntülər də yayılıb.///arqument.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az