Etibar Məmmədov siyasətə qayıdır ? – Özündən AÇIQLAMA

Etibar Məmmədov siyasətə qayıdır ? – Özündən AÇIQLAMA

"AMİP oktyabrın 13-də "Ambassador” otelində geniş müşavirə keçirəcək. Həmin toplantıda Etibar Məmmədov siyasətə qayıdışını rəsmən bəyan edəcək”.

Miq.Az Azpost.info-ya istinadən bildirir ki, bu məlumatı tanınmış siyasi icmalçı Azər Rəşidoğlu açıqlayıb.

Onun sözlərinə görə, geniş müşavirəyə çoxlu sayda qonaqlar dəvət edilib. "Etibar Hüsənli fəallaşır. Başqa partiyalara qurultay üçün yer verməyən Bakı İcra Hakimiyyəti Etibar Hüsənliyə 13 oktyabrda Ambassador oteldə geniş müşavirə keçirməyə razılıq verib. Tədbirdə Qərbi Azərbaycandan olan ziyalıların iştirakı gözlənilir. Etibar Hüsənli toplantıda siyasətə qayıtdığını elan edəcək!”-deyə A. Rəşidoğlu bildirib.

Məsələ ilə bağlı AMİP sədri Etibar Məmmədov Demokrat.az-a açıqlama verib. O, yayılan məlumatları təkzib edib: "Mənim siyasətə qayıtmağımla bağlı yayılan məlumatlar yalan və cəfəngiyyatdır. Mən sözümü bir dəfə demişəm, onda da siyasətdən getdiyimi açıq bəyan etmişəm. Bazar günü isə sıradan bir iclas olacaq". 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az