ETSN-dən marketlərdə satılan sərinləşdirici içkilərlə bağlı XƏBƏRDARLIQ

ETSN-dən marketlərdə satılan sərinləşdirici içkilərlə bağlı XƏBƏRDARLIQ
Marketlərdə satılan sərinləşdirici içkilər Günəş altında saxlanılır və sonradan zərərli məhsula çevrilir.

Miq.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov deyib.
O qeyd edib ki, qabdakı məhsullar kimyəvi maddəni tərkibinə çəkir: "Biz özümüz bilərəkdən qablardan dəfələrlə istifadə edirik. Polietilen qablaşdırma materialları qlobal problemdir. Azərbaycan da bu qlobal problemdən yan keçə bilmir".

A.Zeynalov əlavə edib ki, bu qablardan istifadənin azaldılması istiqamətində təşəbbüslər və təkliflər var: "Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il vaxt lazım gəlir".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az