“EuroHome” bazarında malları yanan sahibkarların ürəyi getdi

“EuroHome” bazarında malları yanan sahibkarların ürəyi getdi

Səhiyyə Nazirliyi Bakı şəhərindəki "EuroHome” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən "Miq.Az"a verilən məlumata görə, "Ekologiya postu” kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub.

Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib. 

Əməkdaşımızın məlumatına görə, bazarda malları yanan bəzi sahibkarların ürəyi gedib. Həkim briqadalarının olara ilkin tibbi yardım göstərdiyi bildirilir...

Xatırladaq ki. bu gün səhər saatlarında Bakının Binəqədi rayonu ərazisindəki Xırdalan dairəsinin yaxınlığında yerləşən "EuroHome” ticarət mərkəzində güclü yanğın baş verib.

Tikinti materiallarının topdansatış bazarı kimi tanınan "Eurohome” ticarət mərkəzindəki yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə qüvvələri cəlb olunub. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az