"Eurovision-2019"da 42 ölkə iştirak edəcək - SİYAHI

"Eurovision-2019" mahnı müsabiqəsi 2019-cu ilin may ayında İsrailin paytaxtı Təl-Əvivdəki Ekspo Mərkəzində keçiriləcək.


"Report" Avropa Yayım Birliyinin (EBU) Mətbuat xidmətinə istinadən xəbər verir ki, müsabiqədə 42 ölkə iştirak edəcək.
Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq.
"Eurovision-2019" mahnı müsabiqəsinin şüarı "Dare to Dream" ("Arzulamağa cürət et") olacaq.
Xatırladaq ki, İsrail təmsilçisi Netta Barzilay "Toy" ("Oyuncaq") mahnısı ilə bu il keçirilən mahnı müsabiqəsinin qalibi olub.
"Eurovision-2019"-da iştirak edəcək ölkələrin siyahısı:
AZƏRBAYCAN, Albaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Ermənistan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Almaniya, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Böyük Britaniya.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az