"Eurovision"da ayağı yerdən üzülən Səmra -Kəskin tənqid


"Eurovision-2016" musiqi yarışmasında Azərbaycanı təmsil edən Səmra Rəhimlinin geyimi həmyerlilərimiz arasında böyük səs-küyə səbəb olub. 
 
İfası ilə Avropanın diqqətini cəlb etməsə də, Səmranın geyimi və davranışları çoxlarının yaddaşında iz saldı. Xüsusilə, azərbaycanlılar təmsilçimizin geyimini kəskin şəkildə tənqid edir. 
 
Ölkəmizdə böyük marağa səbəb olan bu hadisə sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biridir. Bəziləri Səmranın geyiminin milli adət ən-ənələrimizə uyğun olmadığını, ölkəmizi düzgün təmsil etmədiyini yazır. Hətta ermənilərin Səmranın iştirakçılardan birinin qucağında çəkilən son şəkillərini Azərbaycana əks təbliğat kimi istifadə etdiyini deyənlər də var.
 
Ancaq təmsilçimizə dəstək olanlar da az deyil. Səmraya dəstək verənlər ölkəmizin müasirliyə olan münasibətini gənc qızın timsalında bütün Avropaya göstərdiyimizi yazır. Avropada İslam ölkəsi kimi qəbul edilən Azərbaycan üçün bu cür müasirliyə ehtiyac var idi? Yaxud ifrat müasirliyin höküm sürdüyü Avropada biz nəyi sübut edirdik? /baku.ws/
 
Bu suallara ən düzgün cavabı isə yəqinki ictimaiət verəcək.

Miq.az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az