Ev sahibindən şəhid ailəsinə BÖYÜK JEST - Hər kəsi kövrəldən addım

Ev sahibindən şəhid ailəsinə BÖYÜK JEST - Hər kəsi kövrəldən addım

"Qardaşımın hərbçi yoldaşı döyüşlərdə şəhid olub. Deyir çox cəsur və qorxmaz oğlan idi. Yaralansa da, hospitala göndərə bilmədik. Getmədi".

Miq.Az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Xəqani Səfəroğlu bildirib.

O əlavə edib ki, şəhidin 3 uşağı qalıb: "Onlar kirayədə yaşayırdı. Kirayədə qaldığı evin sahibi indi onun ailəsini heç yerə buraxmır. Yoldaşına deyib ki, bu qaldığın evi sənə verirəm. Uşaqlarını böyüt, sən mənim övladım, uşaqlar nəvələrim oldu".

Jurnalist sonda qeyd edib: "Ordumuz baş tacımızdır. Şəhidlər və onların yadigarları ən yaxşılara layiqdirlər. Onlara ömürlük borcluyuq".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az